Tibet dili – (tibet dilində|བོད་སྐད་|bod skad|phökä’) – Tibetdə yerli əhalinin dili. Çin Xalq Respublikasının Tibet Muxtar Rayonunda və bəzi bölgələrində, həmçinin Hindistan, Nepal və Pakistanda (balti və puriq dilalektləri) qismən yayılıb. Təqribən 6 milyon nəfər danışan var. Sino-tibet dil ailəsinin tibet-birma yarımailəsinə aiddir.